Cavid Hüseynov istefaya göndərilib

img

16-03-2025 [20:24]


“Səbail” klubu baş məşqçi Cavid Hüseynov istefaya göndərilib.

Mia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis ötən ilin noyabrında Bakı klubunun baş məşqçi postuna təyin olunmuşdu.

Qeyd edək ki, "Səbail" Misli Premyer Liqasının turnir cədvəlində 27 turdan sonra 18 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR