DÖVLƏT AGENTLİYİNDƏ RƏSMİ YOXLAMA BAŞLADI - Fuad Nağıyevi nə gözləyir?

img

14-03-2025 [17:57]


Prezident İlham Əliyevin töhbət verdiyi Fuad Nağıyevin sədri olduğu Dövlət Turizm Agentliyində yoxlama başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, Palatanın 6 dekabr 2024-cü il tarixli Kollegiyasının qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına uyğun olaraq, cari ilin yanvar ayından etibarən Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair audit keçirilir.

“Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə əsasən, hazırda audit prosesi davam edir.

Bəzi ekspertlər yoxlamaların Fuad Nağıyevin özünün  barəsində də cinayət işinin açılmaısna səbəb olacağını istisna etmir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA