Hakan Fidan britaniyalı həmkarı müzakirə görüşüb

img

10-03-2025 [14:34]


Bu gün Xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər əsasən Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət və digər məsələlərlə ətrafında müzakirə aparıblar.

İngilis nazir Türkiyənin Avropa İttifaqına daxil olmayan ölkə olmasına baxmayaraq, həm Avropanın təhlükəsizliyi, həm də Ukrayna məsələsində mühüm rol oynadığını qabardıb.

Məlumatda deyilir ki, tərəflər müzakirə zamanı ikitərəfli əlaqələr, xüsusilə Suriyadakı vəziyyət və müdafiə sənayesi sahəsində əməkdaşlıq ətrafında da fikir mübadiləsi aparıblar.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR