"Beşiktaş"ın keçmiş hücumçusu futbolla vidalaşıb

img

07-03-2025 [17:09]


Bir vaxtlar "Beşiktaş"da çıxış edən ispaniyalı futbolçu Alvaro Neqredo aktiv futbolçu karyerasını bitirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Futbolla vidalaşdığını açıqlayan 39 yaşlı Neqredo yazıb: "Hər şey üçün təşəkkür edirəm, futbol".

Xatırladaq ki, Neqredo karyerası ərzində “Beşiktaş”, eləcə də “Rayo Valyekano”, “Real Madrid”, “Almeriya”, “Sevilya”, “Mançester Siti”, “Valensiya”, “Midlsbro”, “Əl-Nasr”, “Kadis” və son olaraq “Valyadolid”də çıxış edib.

Neqredo karyerasında 695 matçda meydana çıxıb və 259 qol vurub. O, “Beşiktaş”ın heyətində isə 49 rəsmi matçda 18 qol vurub.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR