"Tikinti adi ilə bütün qəsəbəni iflic edən bu quldurları məsuliyyətə cəlb edin" - Jurnalistdən icra başçısına ağır ittihamlar (Rəsmi reaksiya)
14-03-2025 [18:25]
Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən Mia.az-da martın 12-də yayımlanan aşağıdakı yazıya belə münasibət göndərilib:
"Qeyd edilən məsələ ilə bağlı bildirmək istəyirik ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və "Azərsu" ASC-nin texniki şərtinə əsasən, Binəqədi rayonu, Mədən 1, korpus 5 ünvanında yerləşən dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə su və kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alaraq yuxarıda qeyd olunan ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülmüşdür. Həmçinin əlavə məlumat üçün bildiririk ki, işin icrası zamanı nəqliyyatın hərəkəti dayandırılmamışdır".
***
"Binəqədi rayonu tamamilə yiyəsiz qalıb. Elxan Allahverdiyev və başının dəstəsi bu rayonun altını da, üstünü də istismar edib və edir. Rayon Mozambik qaydaları ilə idarə olunur. Kim nə istəyir edir, haranı istəyir qazır, dağıdır, yetər ki, rüşvətini ver, vəssalam".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, jurnalist Səbuhi Abbasov feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hansısa yeni tikiləcək binaya görə özəl bir şirkət Biləcəri, Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsinin şüşə kimi olan 4-5 km.lik asfalt yolu düz DSK-ya qədər 4 metrə qədər qazılaraq, darmadağın edilib:
"Kanalizasiya xətlərimiz dağıdılıb, bu gün isə su xətlərimizi ekskavatorla dağıdıb, qırıb, elə də tullayıb gediblər. Evə su gəlmir, kombi işləmir, kanalizasiya da öz yerində. ADSEA rəhbəri Zaur Mikayılovdan jurnalist kimi xahiş, vətəndaş kimi tələb edirəm. Bunların dağıtdıqları kanalizasiya xətləri, su boruları sizin ixtiyarınızdadır. Bilirəm, əlaqədəyəm, sizin əməkdaşlarla danışıram, onlarlıq bir şey yoxdu. Ancaq ümumi yanaşanda sizin təsərrüfata zərər vururlar. O turbadan gələn su sizin sayğaclara qoşulub və aylıq pul ödəyirik. Xahiş edirəm, bu tikinti terrorçularını dayandırın.
Üz tuturam Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, şəxsən daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazova, tikinti adi ilə bütün qəsəbəni iflic edən bu quldurları məsuliyyətə cəlb edin. Rayonun başçısı çətin ki, yeyib-içməkdən, eyş-işrətdən başını açsın. Artıq 102 xidmətinə müraciət etmişəm".
Samir
MİA.AZ
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb