AGENTLİK DAXİLDƏN SİLKƏLƏNİR: ortaya elə iddialar çıxır ki...
07-03-2025 [10:05]
Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimir.
Mia.az Lent.az-a istinadla xəbər verir ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.
“Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - deyə mənbə bildirib.
Fuad Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub, 23 saylı orta məktəbdə təhsil alıb.
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam etdirib.
1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.
2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.
2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə sahib olub. 2014-2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb. 2017-ci il tarixindən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub. Evlidir və üç övladı var.
İddialarda o da bildirilir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Belə ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency İnternational” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər.

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.
Xəbər verdiyimiz kimi, iki gün əvvəl Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb. Publika.az Kənan Qasımovun 2011-ci ildə “Amerikanın Səsi” radiosuna verdiyi müsahibəsinin bəzi hissələrini təqdim edib.

O dövrlərdə “Transparency International” təşkilatının qolu olan “Şəffaflıq Azərbaycan” təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi kimi çalışan Kənan Qasımov müsahibəsində Azərbaycanda məhkəmə sistemindəki problemlərdən danışıb. Jurnalistin “Korrupsiya əsasən hansı sektorlarda qeydə alınır?” sualına o belə cavab verib:
“Azərbaycanda insanlar daha çox polisdə rüşvətin olması qənaətindədirlər. Eyni zamanda insanlar təhsil, məhkəmə sahəsində korrupsiyanın yüksək olması fikrindədir. Amma onu da deyə bilərəm ki, "Şəffaflıq Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən “ALAC” layihəsi çərçivəsində vətəndaşlardan korrupsiya şikayətləri daxil olur və o şikayətlər müvafiq dövlət qurumlarına yönləndirilir. Həmin şikayətlər əsasında deyə bilərik ki, Azərbaycanda ümumilikdə daha çox şikayət məhkəmə sahəsindəndir. Məhkəmə sahəsində kifayət qədər böyük problemlər var və insanların əksəriyyəti şikayətlərini məhkəmə qərarlarının icra olunmaması, ümumilikdə məhkəmə qərarlarında yol verilmiş qeyri-obyektiv hallarından edir. Yəni sorğunun nəticələri onu göstərir ki, polis, amma bizim həyata keçirdiyimiz layihə əsasında əldə etdiyimiz rəqəmlər onu göstərir ki, məhkəmə daha çox korrupsiyalaşıb".

“Amerikanın Səsi” redaksiyasının “Son bir neçə gündə Azərbaycanın rəsmi media orqanında Qərbi ölkələrini və təşkilatlarını sərt tənqid edən yazılar dərc olunub” sualını K.Qasımov belə cavablandırıb: “Mən öz təşkilatımızın adından bunu deyə bilərəm ki, həmin siyahıya "Transperancy International" təşkilatının adının salınmasının heç bir halda məntiqli izahı yoxdur. Ona görə ki, “Transperancy International” təşkilatı Almaniyada təsis edilib və onun baş qərargahı Berlində yerləşir. Bu təşkilatın ABŞ təşkilatı kimi göstərilməsinin nəyə əsaslandığı heç bir halda məlum deyil. Bizim təşkilatın yaranma nizamnaməsi də hər şeyi açıq göstərir. Məhz öz təşkilatımız adından deyə bilərəm ki, bu, heç bir halda reallığı əks etdirmir".
Onu da bildirək ki, sözügedən şəxs 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Yeri gəlmişkən, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov agentliyin ünvanına sərt fikirlər səsləndirib.
“Dövlət Turizm Agentliyinin rəhbərliyinin niyə Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salması, Milli Kulinariya Assosiasiyasına daim təzyiq göstərməsi, Ermənıstana bu sahədə yol açıb revanş verməsi, bu sahədəki QHT-lərin işinə qanunsuz müdaxilə etməsi, özünə QHT yaratması, dövlətin bu sahədəki qələbələrinin heçə endirilməsi, brendləşən festivalların ləğvi, Kulinariya Şöhrəti Muzeyinin dağılmasının səbəblərini indi yalnız təxmin etmirik, həm də buna artıq əminik, bunu artıq hamı anlayır”, - deyə o bildirib.
Tahir Əmiraslanov dövlət başçısına məlum sərəncama görə təşəkkür edib.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi iddialara heç bir münasibət bildirməyib./Musavat.com
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputat Ülvi Quliyevin oğlu daha bir tenderi qazanıb
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək