Avropa Liqası: “Fənərbağça” doğma meydanında şotlandlara boyun əydi (Yenilənib)

img

06-03-2025 [23:44]


Bu gün Avropa Liqasının 1/8-də ilk oyunu çərçivəsində Türkiyənin yeganə təmsilçisi “Fənərbağça” Bakı vaxtilə saat 21.45-də İstanbulda  Şotlandiyanın “Reyncers” komandasını qəbul edib.

Mia.az xəbər verir ki, oyunda hesabı qonaqlar açıb. 7-ci dəqiqədə Dessers qola imza atıb - 0:1

"Fənərbağça" 30-cı dəqiqədə hesaba tarazılıq gətirib - 1:1.

 “Reyncers” 42-də hesabı yenidən dəyişib - 1:2

Şotlandlar 81-ci dəqiqədə fərqi artırıb - 1:3

Oyun bu hesabla başa çatıb.

Xatırladaq ki, cavab oyunu bir həftə sonra Şotlandiyada oynanılacaq. 

Fərid ASLAN

MİAA.Z


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA