“Haaretz Daily” sensasion məqamları açıqladı: Azərbaycan Türkiyə-İsrail masasında yəhudilərə deyir ki... - "Rusiya Suriyada girov kimi qalıb"
06-03-2025 [15:09]
II Qarabağ Müharibəsində Türkiyə və İsrail Azərbaycanın əsas müttəfiqi kimi çıxış edib. Hər iki ölkə bizim üçün strateji önəm daşıyır. Təəssüf ki, bu ölkələr arasında münasibətlər son dərəcə gərgindir.
Qərb mediası Türkiyə-İsrail müharibəsinin mümkünlüyü barədə də dəfələrlə yazıb. Proseslərin müharibəyə doğru istiqamət alması Azərbaycanın dövlət maraqlarını təhlükə altına atır. Rəsmi Bakı bu təhlükənin reallığını nəzərə alaraq tərəflər arasında vasitəçi qismində çıxış edir. Bu barədə adı çəkilən ölkələr də daxil olmaqla dünya mətbuatında dəfələrlə yazılıb. Təqdim etdiyimiz bu yazı da o qəbildəndir.
Əsası 1918-ci ildə qoyulmuş, hazırda İsrailin gündəlik qəzeti kimi tanınan “Haaretz Daily” Azərbaycanın həyata keçirdiyi vasitəçilik missiyasının bəzi detallarını açıqlayıb. “As local powers tangle in Syria, Azerbaijan strives to prevent an Israel-Turkey clash” (Suriyada yerli güclər bir-birinə qarışdığı bir vaxtda Azərbaycan İsrail-Türkiyə qarşıdurmasının qarşısını almağa çalışır) adlı məqalədə deyilir ki, son iki həftə ərzində İsrail Suriyada həm hərbi əməliyyatlarını, həm də diplomatik səylərini gücləndirərək, Dəməşqdəki yeni rejimin himayədarı olan Türkiyə ilə toqquşma təhlükəsinə qədər irəli gedib. Bu isə Azərbaycana vasitəçilik şansı verib.
Keçən ayın sonlarında baş nazir Benyamin Netanyahu İsrailin Suriyanın yeni rejiminin qüvvələrinin Dəməşqin cənubundakı ərazilərə daxil olmasına icazə verməyəcəyini deməsi ilə gərginlik artdı. Bu, Suriyada ölümlə nəticələnən anti-İsrail nümayişlərinin alovlanmasına səbəb oldu.
Daha sonra Netanyahu və müdafiə naziri İsrail Katz tərəfindən Suriyanın yeni rejiminə qarşı fövqəladə təhdid gəldi. İsrail Suriyadakı druz azlığını müdafiə edəcəyini bildirdi. Hazırda İsrail Suriyanı zəiflətmək üçün Vaşinqtonda lobbiçilik edir. Türkiyənin Suriyadakı təsirinə qarşı çıxmaq üçün Rusiyanın yerli bazalarını orada saxlamağa çalışır.
Bundan başqa İsrail Suriyadakı kürdlərə dəstək verməklə Türkiyənin təsirini azaltmağa cəhd edir. Məqalənin müəllifi olan Liza Rozovsky yazır ki, Azərbaycan tərəfi İsrailə deyir ki, Rusiyanın Suriyada mövcudluğunu saxlamaq cəhdi vaxt itkisindən başqa bir şey deyil. Əgər Rusiya hərbi bazalarını Suriyada saxlamaq istəyirsə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla anlaşmalıdır.
Ruslar da Suriyada hərbi bazalarını saxlamaq şanslarının az olduğunu etiraf edirlər.
Azərbaycanın millət vəkili, İsrail-Azərbaycan Parlament Dostluq Qrupunun üzvü Rasim Musabəyov “Haaretz”-ə deyib: “Strateji müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız İsrail arasında anlaşılmazlığı azaltmağa çalışacağıq”.
Kürdləri dəstəkləməyə gəlincə, azərbaycanlıların tonu fərqlidir. Musabəyov separatçı PKK-ya istinad edərək deyir: “Xatırlatmaq istərdim ki, o vaxtlar İsrail Abdullah Öcalanın həbsində Türkiyəyə kömək edib”. Öcalan 1999-cu ildə Keniyada ələ keçib, mühakimə olunub və ömürlük həbs cəzası çəkir.
1999-cu ildə ilk dəfə baş nazir olan Netanyahu Öcalanın həbsinə İsrailin kömək etdiyinə dair xəbərləri qəti şəkildə təkzib edib.
“İndi Türkiyəyə məlumdur ki, türk dövlətəinə qarşı terror yolu ilə mübarizədə İsrail PKK-ya fəal şəkildə kömək edir. Bu, Türkiyənin qətiyyən bağışlamayacağı bir şeydir”, - Musabəyov deyir.
“İsrail Türkiyə ilə münasibətləri normallaşdırmaqda və hərb meydanında üz-üzə gəlməkdən qaçmaqda maraqlıdırsa, Türkiyə və İranın maraqlarına zidd olacaq kürd dövlətinin yaradılmasını unutmalıdır. Amerikalılar bu təşəbbüsün arxasında dursalar belə, bu, baş verməyəcək. İran və Türkiyə kürd dövlətinin yaranmasının qarşısını alacaq”.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri və ölkə prezidentinin köməkçisi Hikmət Hacıyev son aylarda İsrailə iki dəfə səfər edib. Sonuncu dəfə cənab Hacıyev Netanyahu ilə görüşüb, bir neçə gün sonra isə Kiprin Larnaka şəhərinə gedib və orada Türkiyənin xarici işlər naziri Hakan Fidanla bir araya gəlib.
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov deyir ki, “Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin sistemə salınmasını istəyir”.
“Müttəfiqimizlə ən yaxın tərəfdaşımız arasında düşmənçilik olması bizim marağımızda deyil”.
Fərhad Məmmədov da deyir ki, Aralıq dənizinin şərqində öz varlığını saxlamaq üçün Moskva Ankara ilə danışıqlar aparmalıdır:” Rusiyanın bölgədə başqa hərbi bazaları yoxdur. Ona görə də Rusiya Aralıq dənizində iştirak etmədən Şimali və Mərkəzi Afrikadakı aktivlərini saxlamaqda böyük çətinliklərlə üzləşəcək. Düşünürəm ki, Türkiyə vəziyyətdən istifadə edərək tədricən həmin aktivlərə nəzarəti ələ keçirəcək və Rusiyanı orada cilovlayacaq”.
“Rusiyanın Suriyadakı bazaları artıq baza deyil, demək olar ki, ruslar girov vəziyyətinə düşüblər. Rusiyaya qaçış yolu yoxdur. Əvvəllər ruslar Suriya və İraq üzərindən uça bilirdilər. ... İndi o yol bloklanıb və Türkiyə gəmilərin və döyüş təyyarələrinin keçməsinə icazə vermir. Rusiyanın heç bir variantı yoxdur. Suriyadakı hərbi bazada oturublar və oradan necə çıxacaqlarını bilmirlər”.
Maraqlıdır ki, ruslar azərbaycanlıların vəziyyəti dəyərləndirməsi ilə razılaşırlar...
Azərbaycanlılar deyirlər ki, İsrail Suriyada separatizmi və vətəndaş müharibəsini təşviq edir. Ancaq Türkiyənin Suriyaya nəzarəti birlik və sabitliyi qoruyub saxlayacaq. Bu isə son nəticədə İsrailin xeyrinə olacaq.
Lakin İsrail nə Türkiyəyə, nə də Suriyadakı yeni rejimə güvənmir. İsrail deyir ki, Ankara Livanda Hizbullahı canlandırmaq üçün Tehranla əməkdaşlıq edir. Ötən həftə buna dair bəzi sübutlar oraya çıxıb: Türkiyədən Beyruta uçan bir sərnişinindən 2,5 milyon dollar müsadirə olub. Bu pul Hizbullah üçün Tehrandan göndərilib.
İsrail rəsmiləri Tayyib Ərdoğanın HƏMAS-a açıq dəstəyini də özləri üçün təhlükə hesab edirlər.
İsrailə bağlı bir mənbə Suriyanın yeni rejimi haqqında “Bunlar fanatik ideologiyaya malik cihadçılardır” deyir. “Onların hərəkətləri ifratdır, keçmişləri qara, indiləri ondan da qaradır. Görün onlar kürdlərə nə edirlər”, o, Suriyanın şimalında kürdlər ilə Türkiyəyə bağlı qüvvələr arasında gedən döyüşlərə işarə edərək deyir. “İndi deyirlər ki, cihadçılar kostyum geyiniblər. Ancaq sadəlövh olmağın da öz sərhədi var”.
Lakin Təl-Əvivdəki (Qüds) Şalem Kollecində Türkiyə üzrə ekspert olan Tsameret Levy-Daphny deyir ki, “İsrailin Türkiyə anlayışı qüsurludur. Suriyaya münasibətdə isə İsrail isteriya və panika içindədir”.
O, Türkiyənin imperialist meylləri barədə söhbətin şişirdildiyini deyir. Türkiyə ardıcıl şəkildə mövqeyini ortaya qoyub: Fələstin dövlətinin yaradılması ilə yanaşı, İsraili də dövlət kimi tanıyır. (Elə Azərbaycan da bu mövqedədir.)
Elbəyi Həsənli. Sürix
MİA.AZ
BMT Suriya prezidenti ilə DİN başçısı haqqında sanksiyaları ləğv etdi - ABŞ-ın istəyi ilə
"Fənərbağça" ilə oyunda qırmızı kart alan Orkun Kökçü açıqlama yaydı: "Əlimdən gələni edəcəyəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İlham Əliyevdən üstün ordusu olduğu halda, niyə davam etmədiyini soruşdum, dedi ki..."
Həsən Şaş: ""Qalatasaray" 4 komandadan başqa hər kəsi məğlub edər"
Türkiyənin "Fəlakət bölgəsi" elan edilən rayonu yenə silkələnib
Leroy Sane Almaniya milli komandasına dəvət aldı - SİYAHI
Azərbaycanda bu xanım nazir ola bilər - FOTO
Tibbi yardım təlimləri keçirilib - FOTO
Lionel Messi: "İnanılmaz bir şəhərdə yaşayıram və..."
Ziraat Türkiyə Kuboku: 4-cü turun püşkü atıldı - Qarşılaşmalar
Ərinin sifətinə 3 litr qaynar yağ töküb öldürən qadın: "Uşağın yanında məni zorladı"
Ceyhun Bayramov NATO nümayəndə heyətini qəbul edib
Əməkdar artist Vahid Əliyev vəfat edib
"Beşiktaş" "Antalyaspor" matçına hazırlaşır
Futbol üzrə millimiz Bakıda 2 oyun keçirəcək - Ayxan Abbasovun milli ilə yeni sınağı var
Masazırda gölü qurudulur: evlər hansı sənədlə tikilir? - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Prezidentin köməkçisi: "44" bədii filminin çəkilişləri uğurla başa çatıb" - FOTOLAR
Nazir Teymur Musayevə ağır itki üz verib
Dövlət Agentliyinə əlavə xidmət sahələri verildi - Fərman
DAHA BİR QURUM YARADILDI - Fərman
“Tarqovı”da 19 yaşlı oğlan öldürülüb - Əmisi saxlanılıb
Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı - “Əsgərcell”
Tural Güləhmədov müşavir təyin edilib
Məşhur müğənni və aktrisalara qarşı narkotik ittihamı - 7 nəfərlə bağlı araşdırma dayandı
İsrail Livanın cənubunu bombalayıb
Rabitə naziri nömrələrlə bağlı yeni qərar imzaladı - CƏDVƏL
"Eurohome"un arxasında da kim dayanıb? - Sahibkardan ilginc iddia
Nəsimi rayonunda Zəfər günü ərəfəsində sərgi təşkil olunub - FOTOLAR
“Nar”dan ikinci avtomobil uduldu - həyəcan artır!
HƏMAS daha bir israilli girovun cəsədini "Qırmızı Xaç"a təhvil verib
"Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq"
"Tərtər işi": general-mayorun şikayəti təmin edilmədi
NAZİR ÖZÜNƏ DAHA BİR MÜŞAVİR GÖTÜRDÜ - Əsasnamələrdə mövcud olmayan yeni post sahiblərinin maaşı 3700 manatdan başlayır
Zahid Oruc Qətər rəsmiləri ilə görüşüb - FOTO
HAZIRLIQ KURSU RƏHBƏRİNDƏN ŞOK ƏMƏL: 11 abutiriyentin üzərinə xüsusi cihaz quraşdırıblar...
KTN-nin vəzifəli şəxslərinə cinayət işi açıldı - 3 maddə ilə
Sabah hava necə olacaq? - Proqnoz
Media subyektləri üçün vergi güzəştləti bu tarixədək uzadılacaq