Rəsmi Moskvadan Fransa liderinə aşağılayacı cavab verildi: "O, Makron deyil, "Mikron"dur, uzağı, iki ilə yoxa çıxacaq"

img

06-03-2025 [12:25]


Fransa prezidenti Emmanuel Makronun ötən axşam xalqa müraciətində rusiya və ABŞ-ın əleyhinə srt ifadələr işlətməsinə rəsmi Moskbvdan cavab gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronun ölkəsini Avropa üçün təhlükə adlandırmasını doğru saymayıb.

O, daha sonra deyib ki, Makron uzağı 2 il sonra tarixdə itib-batacaq və bir daha xatırlanmayacaq.

Medvedev bu barədə paylaşımında Makronun adını "Mikron" olaraq yazaraq qeyd edib: "Mikron artıq təhlükə yaratmır. O, ən geci 2027-ci il mayın 14-də (həmin günü ölkədə seçki olacaq - Mia.az) əbədi olaraq yoxa çıxacaq və bir daha xatırlanmayacaq".

Xatırladaq ki, Makron dünən xalqa müraciətində Rusiyanın 2030-cu ilə qədər 3000 tank və 300 döyüş təyyarəsi daxil etmək üçün 40 milyard avrodan çox orduya vəsait ayrımasısı qabardıb vıə bunun Moskvanın gələcək işğal planı üçün edildiyini iddia edib: "Bu, Avropanın təhlükəsizliyinə təhdiddir. Avropanın təhlüksizliyi nə ABŞ, nə də Rusiyadan deyil, özümüzdən ası olmalıdır"

Makron hətta Aİ ölkələri arasında yeganə nüvə dövləti kimi, bunun bütün Avropanın təhlükəsizliyii üçün sərf oluna biləcəyini də istisna etməyib.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR