Spiker: "Terror bəlası bir daha cücərmədən tarixin zibilliyinə atılacaq"

img

06-03-2025 [00:08]


"Allahın izni ilə bu terror bəlası tarixin zibilliyinə atılacaq, bir daha cücərməyəcək, ölkəmizdə birlik və qardaşlıq hökm sürəcək".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş MÜSİAD Ankara Ənənəvi İftar Proqramında çıxışında deyib.

O, PKK-ya qarşı son vaxtlar mübarizədən söz açaraq bildirib ki, ölkəsi terroru yox etmək üçün hər şeyi edəcək: "Biz "terrorsuz Türkiyə" üçün atılan addımları alqışlayırıq. Türkiyə milli hədəflərinə doğru irəliləməyə davam edəcək. Dünyada sülhün, ədalətin və rifahın təmin olunması üçün iradə ortaya qoyuruq. Terrordan azad bir Türkiyənin formalaşması istiqamətində atılan addımı müsbət görürük".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR