Emin Əmrullayev bu şəxsi prorektor təyin edib

img

03-03-2025 [15:43]


Nicat Yaqubov Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin edilib.

Mia.az metbuat.az-a istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov bundan öncə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR