"Zirə" və "Neftçi" klubları cərimələnib

img

03-03-2025 [14:16]


AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını cərimələyib.

Mia.az xəbər verir ki, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlara görə ziyana düşüblər.

"Zirə" beş üzvü "Araz-Naxçıvan"la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsümdə ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.

"Kəpəz"lə qarşılaşmada (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 1500 manat cərimə tətbiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA