Biləsuvarda silahlı insident: 42 yaşlı rayon sakini güllələnib (Yenilənib)

img

02-03-2025 [14:24]


Martın 2-də saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb. 

Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib. 

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

***

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu öz həmyerlisi güllələyib.

Ayağından xəsarət alan yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR