Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb

img

28-02-2025 [10:56]


Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd edilib ki, fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.

Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:46 28.02.2025

Sabah qar yağacaq