Ceyranbatan su anbarına kanalizasiya suyu axıdılır - Daha bir görüntü yayıldı + VİDEOLAR

img

28-02-2025 [00:39]


Bu ilin fevralın 12-də Abşeron rayonunun Güzdək qəsəbəsindən kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığı ilə bağlı yayılan video cəmiyyətdə böyük əks-səda doğursa da, Zaur Mikayılovun sədri olduğu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu faktı təkzib etməyə çalışdı.

Mia.az xəbər verir ki, ötən gün daha bir sosial media istifadəçisi video paylaşaraq, kanalizasiya suyunun  həqiqətən içməli su anbarı sayılan və mühafizə zolağı altında olan Ceyranbatan gölünə axıdıldığını göstərib.

Mia.az həm bu, həm də fevralın 12-də yayılan hər iki videonu təqdim edir və ümid edir ki, rəsmi qurumlar məsələyə ciddi yanaşacaqlar.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR