Məhkəmə hakimləri üçün “Hakimlərin media ilə qarşılıqlı əlaqəsi” mövzusunda təlim keçirilib - FOTO

img

27-02-2025 [13:26]


Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında hakimlər üçün “Hakimlərin media ilə qarşılıqlı əlaqəsi” mövzusunda distant formada ixtisasartırma təlimi keçirilib.

Mia.az xəbər verir ki, fevralın 24-də keçirilmiş təlimdə 17 hakim iştirak edib. Təlimdə mövzular Ali Məhkəmənin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov tərəfindən tədris olunub.

Təlim zamanı hakimlərin media ilə qarşılıqlı əlaqəsi zamanı diqqət edilməli olan vacib nüanslar, informasiya mübadiləsinin düzgün şəkildə təşkili, media ilə münasibətlərdə hüquqi maarifləndirmənin əhəmiyyəti və digər məsələlərdən bəhs edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR