"Qalatasaray"ın Mourinyodan şikayəti dünya mediasında - "Meymun kimi atılıb-düşdülər" sözü "şişir"

img

25-02-2025 [14:07]


Xəbər verildiyi kimi, "Qalatasaray" 0-0 derbidən sonra "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun "Meymun kimi atılıb-düşdülər" sözlərini irqçilik sayaraq rəsmi şikayət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" klubunun bu şikayəti düya mediasının manşetinə daşınıb.

Məlumata görə, Mourinyodan şikayət İngiltərə, Portuqaliya, İspaniya və İtaliyanın nüfuzlu media orqanlarının manşetindən tirajlanıb.

Məsələn, aşağıdakı media orqanları belə başlıqlarla xəbəri oxucularına təqdim edib:

INDEPENDENT: "Joze Mourinyo irqçilikdə ittiham olunur"

RECORD: "Qalatasaray"dan Joze Mourinyoya qarşı irqçilik iddiası

MARCA: "Türkiyədə böyük yanğın: "Qalatasaray" Mourinyoya cinayət işi açılmasını tələb edir"

AP: "Qalatasaray Mourinyonu Türkiyə liqası matçından sonra irqçi şərhlərdə ittiham edir"

SKY SPORTS: "Qalatasaray" Joze Mourinyonu irqçilkdə günahlandırır"

SPORT: "Mourinyoya qarşı irqçiliklə bağlı iddia qaldırıldı"

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA