İki ölkə balıqçıları arasında atışma: 13 nəfər ölüb, 22 nəfər isə yoxa çıxıb

img

25-02-2025 [11:47]


Afrika ölkələri olan Efiopiya və Keniyalı balıqçılar arasında atışma baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, atışma iki ölkə sərhədində Omo çayında, o cümləədn çayın yaxınlığındakı Lopeymukat və Natira bölgələrində olub.

Məlumata görə, efiopiyalı və keniyalı balıqçılar arasında başlayan atışmada 13 efiopiyalının həyatını itirib, 3 nəfər yaralanıb: "22 keniyalı balıqçı isə itkin düşüb. Onların öldürüldükdən sonra çayda axıntıya qapılaraq yoxa çıxmaları güman olunur".

Keniyanın Turkana qubernatoru Jeremiah Lomorukai bildirib ki, toqquşmalar ötən şənbə axşamdan başlayıb: "Hadisəyə 15 balıqçı qayığının oğurlanması səbəb olub".

Qubernator deyib ki, atışmada yaralanan 6 efiopiyalı balıqçı xilas edilərək geri göndərilib.

Keniyanın daxili işlər naziri Kipçumba Murkomen isə hadisədən dərhal sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərib: "Biz Efiopiya ilə əlaqə yaradaraq iki tərəf arasında sülhün qorunmasının vacibliyini söylədik".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR