AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib

img

24-02-2025 [18:03]


AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib.

Mia.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna Tovuz təmsilçisinin Misli Premyer Liqasının XXIV turunun “Şamaxı” ilə oyunundan öncə bəyanat yayması səbəb olub.

 Bu, İntizam Komitəsi tərəfindən AFFA və PFL-in imicinə zərər vuran əsassız addım hesab edilib.

 Qeyd edək ki, bəyanatda “Turan Tovuz”un qar səbəbindən VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğu qeyd edilib. Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA