Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTOLAR

img

23-02-2025 [21:07]


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün axşam saatlarında paytaxt Bakıda yağan qarlı havada avtomobil idarə edərkən çətin anlar yaşayıb.

Nazir Rəşad Nəbiyev idarə etdiyi son model 90-AA-414 dövlət nömrə nişanlı “Mercedes-Benz G-Class 6.3” model avtomobili ilə Heydər Əliyev prospektində buzlu yollda hərəkət edərkən, qarşısında gedən “KİA” markalı digər avtomobil qəfil əyləcdən istifadə edərək, qəza şəraiti yaradıb. Buna baxmayaraq, Rəşad Nəbiyevin peşəkarlığı nəticəsində qəzadan yayınmaq mümkün olub.

Qeyd edək ki, nazir Rəşad Nəbiyevin avtomobilini 10-DY-014 nömrəli “Toyota Land Cruiser 200” model avtomobil müşayiət edib(Demokrat.az)

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:19 23.02.2025

Sabah qar yağacaq

00:10 22.02.2025

Qubada zəlzələ olub