Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif olunub - İlham Əliyev təqdim etdi (FOTOLAR, Yenilənib)
20-02-2025 [17:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Artur Rasi-zadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
Mia.az xəbər verir ki, görüşdə çıxış edən dövlətimizin başçısı dedi:
-Hörmətli Artur müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafına töhfə vermisiniz. Müxtəlif məsul vəzifələrdə çalışaraq Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük səylər göstərmisiniz həm sovet dövründə, həm də müstəqillik dövründə. Ulu Öndər Heydər Əliyev sovet dövründə sizin peşəkarlığınızı, biliklərinizi nəzərə alaraq,- hələ o vaxt siz gənc yaşlarınızda idiniz,- sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin etmişdir, Nazirlər Sovetinin sədrinin müavini vəzifəsinə. Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Prezidenti seçiləndən sonra ilk təyinatlarından biri də sizi özünə köməkçi təyin etməyi idi. Ondan sonra sizi daha böyük vəzifəyə layiq gördü və Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etdi.
Təbii olaraq, Ulu Öndər Heydər Əliyev insanları tanıyırdı, onların peşəkarlığını, biliklərini və bilirəm ki, sizi də bir insan kimi həmişə yüksək qiymətləndirirdi. Həm dediyim keyfiyyətlərə, eyni zamanda, prinsipial mövqeyinizə görə. Sizin prinsipial mövqeyiniz bütün məsələlərdə özünü göstərirdi - həm ölkəmizin iqtisadi inkişafı ilə, həm də bütün başqa məsələlərlə bağlı.
Biz sizinlə 15 il işləmişik - 2003-cü ildən 2018-ci ilə qədər. Hesab edirəm ki, o illər Azərbaycan iqtisadiyyatı üçün ən sürətli inkişaf illəri olmuşdur. Azərbaycan iqtisadiyyatı o illərdə bəlkə də iki dəfə çox artmışdır və ölkə qarşısında duran əsas infrastruktur layihələrinin həlli, ya da ki, başlanması məhz o illərə təsadüf edir. Sizin rəhbərliyinizlə Nazirlər Kabineti Prezidentin tapşırıqlarını ləyaqətlə yerinə yetirirdi və bu gün Azərbaycanın dayanıqlı iqtisadi inkişafı təbii olaraq bizim müstəqilliyimizin əsasını təşkil edir. Birlikdə işlədiyimiz 15 il ərzində daim təmasda idik, məsələləri müzakirə edirdik, həll edirdik. 2018-ci ildən sonra da təmasdayıq. Şadam ki, siz yubileyinizi çox yaxşı fiziki formada qarşılayırsınız və sizi həmişə görmək mənim üçün xoşdur. İllər boyunca bir çox telefon söhbətimiz olubdur, bir çox məsələləri müzakirə etmişik. Sizi bu gün gözəl yubiley ərəfəsində dəvət etdim ki, sizə Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordenini təqdim edim. Bu gün imzaladığım Sərəncamla siz ölkəmizin ən ali mükafatına layiq görülmüsünüz. Siz buna layiqsiniz, siz Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz. Yenə də deyirəm, həm sovet dövründə, həm müstəqillik dövründə, özü də müstəqilliyimizin ən ağır dövrlərində atamın yanında olmusunuz. O, bunu qiymətləndirirdi, mən də həmişə qiymətləndirirdim və qiymətləndirirəm. Bu, tam ədalətli bir qərardır və icazə verin, mən bu yüksək ordeni sizə təqdim edim.
x x x
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Artur Rasi-zadəyə təqdim etdi.
x x x
Əməyinə verdiyi qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Artur Rasi-zadə Ulu Öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməyin onun üçün ən böyük şərəf olduğunu dedi, Ümummilli Liderlə və Prezident İlham Əliyevlə uzun illər ərzində çalışmaqdan fəxr hissi keçirdiyini vurğuladı. Artur Rasi-zadə Azərbaycan Prezidentinin tarixi hadisənin müəllifi olduğunu, torpaqlarımızın 30 illik işğalına son qoyduğunu və orada yeni həyatın başladığını qeyd etdi.
***
Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Mia.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, Artur Rasi-zadə 1996-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.
Türkiyə MN: "İraqda daha 12 terrorçu zərərsizləşdirilib"
Ərdoğan Konqo prezidenti ilə telefonda danışıb
Arda "Real"dan gedir? - Klub göndərir, futbolçu isə...
Qarabağ qazisi Ağdərədə minaya düşüb
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTOLAR
Bakıda kuryoz hadisə: həbsdə olan nişanlısına telefon ötürmək istəyən qadın saxlanılıb
Müğənni Nura Suri işıqdan şikayətləndi: "Gündə kommunal qiymətləri artırırsınız, amma..."
Çində daha bir yoluxucu virus aşkarlandı - "Yarasa koronavirusu"
HƏMAS sabah daha 6 yəhudi əsiri azad edəcək - Adlar açıqlanıb
Ərzurum şəhərində zəlzələ olub - 4.4 bal gücündə
Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı - "Fənərbağça" Şotlandiya komandası ilə üz-üzə gələcək
Prezident rəis müavininə ali xüsusi rütbəsi verdi - Sərəncam (FOTO)
Müəllim sinifdə qasıq nahiyəsindən güllələnib - Türkiydə + FOTO
Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi dəyişib
Nurlan Libre saxlanılıb - Məhkəmə həbs qərarı verdi (Yenilənib)
“Melissa Group”da nə baş verir? - Şikayət
Bakıda qarlı yolda 55 nəfər yıxılaraq xəsarət alıblar (Yenilənib)
Cəbrayılda daha 33 ailə köçürülüb
"Azəriqaz": "Abonentlər ciddi problemlər yaşamayacaq”
AVROPA ÖLKƏLƏRİ TRAMPI TƏKLƏDİ, ZELENSKİNİN MÜDAFİƏSİNƏ QALXDI: "Ona deyəcəm ki, sən düz yolda deyilsən"
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi keçiriləcək - Sərəncam
Sabah qar yağacaq
"Qalatasaray"ın baş məşqçisi üzr istədi: "Kiyev komandası ilə oyunda fürsəti qaçırdıq"
Nazirdən Siyavuş Novruzova jest - Vəzifədən azad olunan qardaşı oğlunu yüksək vəzifəyə təyin etdi
Ankarada zəlzələ oldu
"Diqqətli olun!" - Hava şəraiti ilə bağlı piyadalara müraciət olunub
2025-ci ilin yanvar ayının iqtisadi gostəriciləri haqqında qısa xülasə... - Sabiq nazir yazır
Arif Babayev 100 quzu söz verən müğənniyə belə cavab verdi: “Quzunun doqquzunu gözləyirəm, çox uzaq eləmə”
Mourinyo Avroliqa matçından sonra: "Qürurluyuq"
Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - FOTOLAR