03-08-2014 [14:50]
İki mənzili əlindən alınan və həmin mənzillərə görə ödədiyi 355 min manatı uzun müddətdir «Avesta» şirkətindən ala bilmədiyini deyən qazaxlı sahibkar Elşad Məmmədov avqustun 3-də ailəsi ilə birgə Prezident Administrasiyası qarşısındakı parkda aksiyaya cəhd edib.
4 ildir kirayədə qaldığını bildirən sahibkar yorğan-döçək ataraq parkda qalacağını deyib.
«Mən bütün nəyim var idisə hamısını satıb İbrahim İbrahimovun sahibi olduğu «Avesta» Konserninə məxsus «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil almışam. Sonradan o mənzillər xəbərim olmadan əlimdən alınıb. Elə o vaxtan da kirayələrdə qalıram. Artıq yaşaya bilmirəm. Bu gün gəldim bir daha problemimi prezidentə çatdırım. Bəyan edim ki, bu gündən yorğan-döşək atıb Prezident Administrasiyasının qarşısındakı bu parkda yaşayacağam».
Elşən Məmmədov deyir ki, o bu addımı atmazadan əvvəl Zığdakı Narkoloji dispanserdə müayinədən keçirib.
«İndi istənilən adamı tutub üstünə narkotik ittihamı atırlar. Bunu nəzərə alaraq avqustun 2-də Zığdakı Narkoloji dispanserdə müayinədən keçdim. Əlimdə möhürlü, ştamplı sənəd var ki, mən narkoman deyiləm. Xəzərdə göydələnlər tikən «Avesta» şirkətinin prezidenti məni bu günə qoyub, ona heç kim bir söz deyə bilmir. Məhkəmələr hamısı onun xeyrinə qərar çıxarıb».
Bir müddət sonra əraziyə gələn polislər parka sərilən yorğan-döşəyi yığışdırıblar, Elşad Məmmədovu post patrul maşınına mindirərək bölməyə aparıblar.
Bundan əvvəl Elşad Məmmədov Qazax rayonunda kirayə qaldığı mənzildə ağzını tikərək aksiya keçirib.
«Avesta» şirkətində həmin şəxsin keçirdiyi aksiyalardan xəbərdar olduqlarını desələr də məsələyə şərh vermək istəməyiblər.
azadliq.org
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO