Netanyahu Hikmət Hacıyevi qəbul edib - Nələr müzakirə olunub? (FOTO)

img

19-02-2025 [12:47]


İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Hikmət Hacıyev Azərbaycan Prezidentinin salamlarını İsrail liderinə çatdırıb.

Netanyahu salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, tərəflər regional hadisələri müzakirə edib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:42 20.02.2025

Ballıca balı

18:43 20.02.2025

Nurlan Libre saxlanılıb

13:16 20.02.2025

Sabah qar yağacaq