Şagirdlərin elektron yerdəyişməsi bu tarixdən başlayır

img

20-02-2025 [14:20]


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.

Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.

Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I–X sinifləri əhatə edəcək.

Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeyd edək ki, 25 fevral tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 21.02.2025

Sabah qar yağacaq

11:11 21.02.2025

Ankarada zəlzələ oldu