Konstitusiya Məhkəməsi ilə bağlı dəyişiklik: hakimlərin yaş həddi artırılır
19-02-2025 [12:04]
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.
Mia.az xəbər verir ki, bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna təklif edilən dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Dəyişikliklə vəzifədə olmanın yaş həddi 70 yaşdan 75 yaşa qaldırılır. Həmçinin məhkəmənin 75 yaşına çatan hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.
Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılır.
Qeyd edilib ki, layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən daha səmərəli istifadəyə imkan yaradır.
Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin 6 aydan çox olmayan müddətə konkretləşdirilməsi, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq normanın aydın və birmənalı tətbiqini təmin edir.
Yekun olaraq layihədə normativ müddəaların dəqiqləşdirilməsi və sistemləşdirilməsi məqsədilə təqdim olunmuş texniki xarakterli dəyişikliklər də əks olunub.
Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
İsrail əsgərləri iki fələstinli uşağı döyüblər
Zelenski Trampın nümayəndəsi ilə görüşdü: "ABŞ-la güclü və faydalı razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avroliqa: "Qalatasaray" vidalaşdı - Yenilənib
Arayik Harutyunyan: "Biz özümüzü qurban hesab edirik” - "Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib"
İstanbulda sabah da məktəblərdə dərs olmayacaq - Qara görə
Ballıca balı
Fransa XN Trampı hədələdi: "Əgər ABŞ Avropa ilə ticarət müharibəsinə girərsə, çox şey itirəcək" - "Bu, Rusiyanın hücumunun qarşısını alacaq"
Maaşdan şikayətlənən deputat onu tənqid edənlərə sərt cavab verdi: "Şərəfsiz, namussuzlar..."
Nurlan Libre saxlanılıb
"ULDUZ"LU POEZİYA TƏDBİRİ...
Ankarada saxta spirtli içki təhlükəsi: ölənlərin sayı 63-ə çatıb, 36 nəfər isə ağır vəziyyətdədir
Qəzzadan dağıntılar altından 22 cəsəd çıxarılıb
Ceyhun Bayramov Ukrayna XİN başçısının müavini ilə müzakirə aparıb
Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif olunub - İlham Əliyev təqdim etdi (FOTOLAR, Yenilənib)
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda hərraca çıxarılan 375 minlik “Rolls Royce”un sahibi kimdir? - Qalmaqallı iş adamı müflisləşib? + FOTO
Nəsimi rayonunda “Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə” adlı tədbir keçirilib - FOTOLAR
Aparıcı Nübar Ərbi AzTV-dən ayrılıb
"Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki..." - Zaur Mikayılovun "islahat paketi" daha bir idarədə gərginlik yaradıb
Ədliyyə Nazirliyinin işçilərinin sayı artırılıb - Fərman
Nərimanov MKTB-dən heyrət doğuran tender: 300 min manatlqı sabun, vedrə və dırmıq alınacaq
"Azad Azərbaycan" telekanalı yayımı dayandırır - Səbəb
"Napoli"nin prezidentinə cinayət işi açıldı - "Qalatasaray"ın hücumçusu və yunan müdafiəçiyə görə
"Global Media": “Bu, peşəkar, hərtərəfli kiberhücumdur”
Coğrafiya İnstitutunun direktoru vəzifəsindən azad olunub
Kolleclərə tələbə qəbulu elan edilib
Ərdoğan, Yavaş və İmamoğlu? - Hansının şansı yüksəkdir? (SORĞU)
Şagirdlərin elektron yerdəyişməsi bu tarixdən başlayır
SORĞU: ABŞ-ı kim idarə edir? - Amerikalıların 55%-i Maskı deyir
Bakıda və Abşeronda havanın temperaturu mənfi 2 dərəcəyədək enəcək
İstanbulda terrora hazırlaşan İŞİD şübhəlisi saxlanıldı - Yəhudi məktəblərini və...
Kanadanın baş naziri bəyanat verdi: "Ukraynanın sonadək yanındayıq"
Sabah qar yağacaq
Jurnalistlərə belə medal veriləcək - Fərman + FOTO
Prezident icra hakimiyyəti orqanları ilə bağlı fərman imzaladı - Hökumətə vaxt verildi
Prezidentdən daha bir fərman: bu nazirə əlavə səlahiyyət verildi
Məşhur prokurorun həbsdəki oğlu ilə ailəli olan müğənni: "Hər ay 6 gün həbsxanada onunla qalırdım..."
“Nuxa” restoranının fəaliyyəti dayandırıldı - VİDEO