Ərdoğan NATO-nun baş katibi müzakirə aparıb: "Biz bundan sonra da üzərimizə düşəni edəcəyik"

img

18-02-2025 [20:58]


Bu gün Prezident Ərdoğan NATO-nun baş katibi Rutte ilə telefonla danışıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında müharibənin bitməsi üçün əlindən gələni edir: "Biz bundan sonra da üzərimizə düşəni edəcəyik. Müharibə edən tərəflər də daxil olmaqla, bir çox beynəlxalq təşkilatların liderləri və təmsilçiləri ilə əlaqə saxlayırıq. Hesab edirəm, ədalətli və daimi sülh mümkündür. Biz bu prosesə töhfə verməyə hazırıq"

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:42 20.02.2025

Ballıca balı

18:43 20.02.2025

Nurlan Libre saxlanılıb

13:16 20.02.2025

Sabah qar yağacaq