DTX-dən əməliyyat: Kənan Şərifov həbs olunub

img

18-02-2025 [15:27]


Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan vətəndaşı Kənan Urfan oğlu Şərifov Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

Mia.az xəbər verir ki , o, digərləri ilə birlikdə Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

K.Şərifov barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:42 20.02.2025

Ballıca balı

18:43 20.02.2025

Nurlan Libre saxlanılıb

13:16 20.02.2025

Sabah qar yağacaq