İrandan Azərbaycana narkotik  gətirən şəxs saxlanıldı - FOTO

img

18-02-2025 [10:58]


İrandan Azərbaycana 8 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Mia.az-a bildirilib ki, fevral ayının 14-də saat 23:05-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan vətəndaşı – 1986-cı il təvəllüdlü Alıkişiyev Sadıq Tapdıq oğlu saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:42 20.02.2025

Ballıca balı

18:43 20.02.2025

Nurlan Libre saxlanılıb

13:16 20.02.2025

Sabah qar yağacaq