DTX-nin ifşa etdiyi korrupsiya - Daha bir məhkəmə başlayır

img

17-02-2025 [15:49]


Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış daha bir epizod üzrə məhkəmə araşdırmasına start verilir.

Məlumata görə, bu dəfə “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu mühakimə ediləcək.

O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.

İşə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılacaq.

İlk iclas fevralın 28-i keçiriləcək(qafqazinfo).

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:42 20.02.2025

Ballıca balı

18:43 20.02.2025

Nurlan Libre saxlanılıb

13:16 20.02.2025

Sabah qar yağacaq