Muslera gedir - "Qalatasaray" 1,97 metr boyu olan qapıçı alır

img

17-02-2025 [11:34]


"Qalatasaray" mövsümün sonunda komandanı tərk edəcək 40 yaşlı qapıçı Fernando Musleranın yerinə yeni qolkiper tapıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu "Lion"da çıxış edən və 1,97 metr boyu olan Lukas Perri ilə danışıqlara başlayıb.

Məlumata görə, Musleranın daha bir il komandada qalmaqdan imtina etməsindən sonra 26 yaşlı Perrinin transferi üçün klub hərəkətlənib: "Baş məşqçi Okan Burukun istəyinə uyğun olaraq,s"Lion"da çıxış edən 1,97 metr boyunda olan braziliyalı qapıçı Lukas Perrinin meneceri transfer danışıqları üçün İstanbula dəvət olunub. Şərtlər razılaşdırılsa, o zaman braziliyalı qolkiper "Qalatasaray"da Musleranı əvəzləyəcvək".

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:42 20.02.2025

Ballıca balı

18:43 20.02.2025

Nurlan Libre saxlanılıb

13:16 20.02.2025

Sabah qar yağacaq