"Bavariya" Camal Musiala ilə müqavilənin müddətini uzadıb

img

14-02-2025 [20:00]


"Bavariya" 21 yaşlı futbolçu Camal Musiala ilə müqavilənin müddətini uzadıb.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, Musiala ilə müqavilə 2030-cu ilə qədər artırılıb: "O, 30 iyun 2030-cu ilə qədər komandamızda çıxış edəcək".

Xatırladaq ki, Musiala 2019-cu ilin yayında "Çelsi"dən transfer olunub. Gənc futbolçu bu mövsüm "Bavariya"nın heyətində 30 matçda 15 qol vurub, 8 məhsuldar ötürmə verib.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA