Otel tikintisində yanğın: 6 işçi ölüb, 7 yaralı var - Yüzdən çox işçi xilas olunub

img

14-02-2025 [17:30]


Cənubi Koreyanın Busan şəhərində otelin tikintisində güclü yanğın baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə,nəticədə 6 işçi ölüb, 7 nəfər yaralanıb.

"Yonhap" xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib: "Otelin birinci mərtəbəsində izolyasiya materialı bəlli olmayan səbəbdən alışıb. Nəticədə qarşısıalınaz alov 6 işçinin ölümünə, 7 nəfərin isə yaralanmasına səbəb olub. Yüzdən çox işçi isə xilas edilib".

Faktla bağlı araşdırma gedir.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA