Türkiyə kəşfiyyatında əməliyyat: daha bir terrorçu PUA ilə məhv edildi

Türkiyə kəşfiyyatında əməliyyat: daha bir terrorçu PUA ilə məhv edildi

DÜNYA

07.02.2025, 11:12

Türkiyə kəşfiyyatı (MİT) İraqda daha bir uğurlu əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı ilə terror təşkilatı PKK/KCK-nın məsul şəxsi Murat Keleş İraqın şimalındakı Hakurkda zərərsizləşdirilib.

Məlumata görə, o, PUA ilə vurulub.

Xəbərdə deyilir ki, terrorçu 5 may 2016-cı il tarixində Şırnak Silopidə hərbi maşına raket atəşi nəticəsində şəhid olan jandarma Yaşar Yavaşın ölümündə birbaşa rol alıb.

Firudin Səfərli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR