“ŞAGİRDLƏRİMİ ÇOX SEVİRƏM...” - Müsahibə
06-02-2025 [23:37]
Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Cəfərli kənd Fazil Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi əsasən gənclərdən ibarətdir.
Elə həmsöhbətimiz də həmin gənc öyrədənlərdən biri, işgüzarlığı və peşakar fəaliyyəti ilə seçilən Sevinc Əzimovadır.
Qısa arayış: Əzimova Sevinc Malik qızı 01.08. 1995- ci il tarixdə İmişli rayonunun Şahverdili kəndində anadan olub. Tam orta təhsilini də həmin kəndə alıb. 2016-2020 ci illərdə Bakı Dövlət Universitetinin biologiya müəllimliyi fakültəsində təhsil alıb. 2020- ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsindən uğurla keçərək İmişli rayonunun Cəfərli kənd Fazil Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinə ixtisasi üzrə müəllim təyinatı alıb.
Beşinci ildir ki, həmin kənddə biologiya fənnini tədris edir. Az zaman kəsiyində müəllim -şagird köllektivlərnin və validynlərin dərin hörmətini qazanıb. Hazırda Lənkəran Dövlət Universitetində magistr təhsili alır.
Peşəsinə sevgisi tükənməzdir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və bir çox gənclər təşkilatlarının üzvü kimi təqdirəlayiq fəaliyyəti var.
- Sevinc xanım, nə üçün müəllimlik peşəsi müqəddəs oldu Sizə?
- Müsahibə üçün təşəkkür edirəm, Səxavət müəllim!
Böyük bacım Xurşud Əliyeva Universitet təhsili alıb, yaxşı bir müəllim və məktəb rəhbəridir. Onun həyat və peşə yolu mənim üçün bir nümunədir. Qazandığı uğurlar həmişə qəlbimdə sevgi-sevinc yaradıb. Heç özüm də bilmədən müəllim olmaq arzusu qəlbimə hakim kəsildi. Bir də biz uşaqlıqdan Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə verdiyi böyük dəyərin təsiri altında böyümüşük.
O deyirdi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”, “Özünü müəllimliyə həsr etmiş insanlar ən şərəfli insanlardır”,” Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”... Görünür bütün bunların hamısı təsiredici amil olub ki, müəllimlik peşəsini seçmişəm. İllər geri dönsə, yenidən özümə peşə seçməli olsam, yenə də müəllimlik peşəsini seçərəm.
- Bir kənddə yaşayıb, digər bir kənddə müəllim işləmək Sizin üçün çətinlik yaratmır?
- Düzü, təyinat yerinə gedəndə əvvəlcə düşünürdüm çətinliyim olar. Orada elə bir isti münasibət, xoş ünsiyyət və sağlam əhvali- ruhiyyə gördüm ki, o düşüncələrim yox oldu. Kollektivim, dərs dediyim şagirdlər, onların valideynləri mənə çox doğma və əzizdir. Şagirdlərimi çox sevirəm, onların təhsil uğurlarına sevinirəm. Bilirsiniz, müəllimlik peşəsi təsadüfi bir seçim deyil. Gərək peşənin fanatı olasan, işinə yaradıcı yanaşıb, zövq almağı bacarasan. Hesab edirəm, öyrədən üçün belə olmasa həyat və yaşam maraqsız olar.
- Öyrəndik ki, beşinci sinfin sinif rəhbərisiniz və məktəb üzrə sinfiniz ən yüksək təlim göstəricilərinə görə I yarımilin qalibi elan olub. Bu uğrun kökündə nə dayanır?
- Mən V sinfə cari dərs ilindən rəhbərlik edirəm. Bütün uğurları öz adıma yaza bilmərəm. Onlara ibtidai siniflərdə dərs demiş sinif müəllimi Sənubər Məmmədovanın zəhməti böyükdür. Biz ondan sinfi təhvil alanda, məktəb direktoru Elyanə Kərimovanın əmri ilə komissiya yaradıldı. Mən, məktəbin riyaziyyat müəllimi Xuraman Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Təhminə Nəsirova, məktəb psixoloquAlimə Rüstəmova və uşaq birliyinin rəhbəri (UBR) Məryam Rüstəmova həmin əmrin tələbinə uyğun olaraq uşaqların təlim- tərbiyə göstəricilərinin monitorinqin keçirdik. Sinifdə olan 15 şagirdin hamsı yüksək göstəricilər əldə etdi. Onlar ibtidai təhsil pilləsindən ümumi orta təhsil pilləsinə “Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə” Azərbaycan Respublikası elm və təhsil nazıri Emin Əmrullayevin 28.08.2024-cü il tarixli 3-29/3-2-411 F/2024 nömrəli əmrinin tələblərindən irəli gələn normativ oxu, yazı və hesablama bacarıqları ilə keçdilər.
Mən sentyabr ayında sinfi təhvil aldım və hazırda onların nümunəvi davranışları, bütün fənlərə hazırlıq səviyyələri ilə qürur duyuram. Hər bir şagirdin bilik səviyyəsinin yüksələn xətlə inkişafını nəzarətdə saxlayıram. Bunun üçün sinifdə tədris aparan müəllimlərin rəyini öyrənib, müzakirələr aparır, ayda bir dəfə valideyn iclası keçiririk.
30 yanvar 2025-ci il tarixdə məktəbimizdə pedaqoji şurada I yarımilin yekunu, II yarımildə qarşıda duran məsələlər müzakirə olundu. Təlim-tərbiyə göstəricilərinə görə mənim rəhbərlik etdiyim V sinif bütün siniflər arasına birinci yerin qalibi oldu. Müvəffəqiyyətin 100 faiz, keyfiyyət isə 80 faiz olmasına çox sevindim. İnşallah, hədəfimiz 100 faiz keyfiyyət əldə etməkdir.
- Bu gün məktəblərdə tərbiyəsi naqis, şılataq, nadinc və çətin tərbiyə olunan uşaqla da var. Dərs dediyiniz yuxarı siniflərd belə şagirdlər varmı və onlarla bir gənc pedaqoq kimi necə rəftar edirsiniz?
- Bilirsiniz, uşaqlar məktəbə müxtəlif ailələrdən gəlir. Hər ailənin də öz tərbiyə metodu, uşaqlara yanaşım tərzi var. Təbii ki, müxtəlif ailələrdən gələn, fərqli ailə tərbiyəsi almış şagirdlərə bir sinifdə və yaxud bir məktəbdə eyni prizmadan yanaşıb, vahid tələbkarlıq göstərməklə bərabər meyarlar əldə etmək çox çətindir. Burada öyrədən təcrübəsi, fərdi yanaşma metodu, sistemli nəzarət və sağlam məktəb- ailə münasibəti əsasdır. Biz gözləməməliyik ki, tərbiyəsi naqis, şıltaq, nadinc və çətin tərbiyə olunan uşaqlar özlərini büruzə versinlər. Qeyri-etik hərəkətləri üzə çıxsın və biz ondan sonra hərəkətə keçək. Məktəb psixoloqu hər bir şagirdi kəşf edib, onun nəyə qadir olduğunu, necə oxumasını və maraq dairəsini öyrənib sinif rəhbərləri və valideynlərlə nəticəyönümlü müzakirələr aparmalıdır. Unutmaq lazım deyil ki, məktəb cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətdə baş verən hadisə və olaylar asanlıqla məktəbə yol tapır.
Ailə tərbiyəsini əvəz edə biləcək bir tərbiyə forması yoxdur. Uşaq ailənin güzgüsüdür. Biz şagirdlərin hərəkət və davranışlarına, məktəbdaxili qayda-qanunlara riayət etmələrinə görə ailə tərbiyəsini dəyərləndiririk. Sizin sualınıza gəlincə isə elə bir ümumtəhsil məktəbi olmaz ki, orada öyrənənlər arasında qüsursuz və çətin tərbiyə olunan yeniyetmə olmasın. Təbii ki, mən də bir gənc müəllim kimi belə şagirdlərlə rastlaşıram, onları islah edib, düz yola gətirmək üçün iş aparıram. Qüsurlu uşaqlara sinif otağında, yoldaşlarının yanında heç bir tövsiyə xarakterli söz demirəm. Fərdi yanaşıram, ziyanlı hərəkətləri etməməkdə onlara etimadlı olduğumu bildirirəm. Nəticəsi də uğurlu olur.
Yeri gəlmişkən məktəb və müəllimlərdə nöqsan axtarışında olan bəzi insanların olduğunu da demək istəyirəm. Xırda bir qüsuru böyütməklə nəyə nail olmaq olar?
Sosial şəbəkələr açıq bir məkan və həqiqətə bir qapıdır. Onun imkanlarından şəxsi məqsədlər, qarayaxma, kimlərisə ləkələmək və s məqsədlərlə istifadə etmək yolveriməzdır. Xüsusilə müəllim və məktəblərimizə qarşı...
- Ən çox sevdiyin şagirdlər, yaxud Sizi sevən şagirdlər...
- Bütün şagirdlərimə sevgim, istəyim var və həmişə də onun qarışığını görürəm. Bu təbii bir hissdir. Ancaq beşincilər mənim həyatımdır. Hər biri gözəl, yaraşıqlı, bir- birindən tutumlu və savadlı. Hansını deyim: Hüseyn, Sunay, Orxan, Bəyaz, Xədicə, Aysu, Nuranə, Günay, Fatimə, Məmiş, Ayan, Rəna, Nuray, Tamerlan və Dilarə. Onları görməyəndə darıxıram. Həftənin müəyyən günü onlara dərsim olmur, məktəbə gəlib-gedəndə məni müşayət etdiklərini görəndə qəlbim, ruhum işıqlanır, bütün fiziki yorğunluğumu unuduram.
Onlar “ Sevinc müəllimə, xoş gəlmisiniz!” -deyə, məni qarşılayanda, və yaxud “ Sevinc müəllimə, yaxşı yol, özündən müğayət ol!”- deyə məni yola salanda özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm!
- Sevinc xanım, müsahibə üçün sağ olun!
-Təşəkkür edirəm, həmsöhbət olmaq çox xoş oldu.
Səxavət TAĞLAR,
Əməkdar müəllim, Prezident təqaüdçüsü
MİA.AZ
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURİYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"