"Qalatasaray" Mario Leminanı transfer edib - 2.5 milyon avroya

img

06-02-2025 [18:06]


"Qalatasaray" Mario Leminanı "Vulverhempton"dan satın alıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə sarı-qırmızılı komanda məlumat yayıb.

Məlumatda deyilir: "Peşəkar futbolçu Mario Rene Junior Leminanın transferi ilə bağlı ""Vulverhempton" Futbol Klubu ilə razılıq əldə olunub. Anlaşma əsasən, futbolçunun keçmiş klubuna 2 milyon 500 min avroluq transfer haqqı ödəniləcək".

Bildirilib  ki, futbolçu ilə 2024-2025-ci il mövsümündən başlayaraq 1.5+1 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, Lemina bu mövsüm "Vulverhempton" komandasında cəmi 19 oyuna çıxıb 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR