Ukrayna MN: "Rusiya PUA-larının olduğu bazanı vurduq"

Ukrayna MN: "Rusiya PUA-larının olduğu bazanı vurduq"

GÜNDƏM

06.02.2025, 12:49

"Ukrayna ordusu Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk aviabazasına hava hücumu həyata keçirib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.

Bildirilib ki, Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk aviabazasına PUA-lala zərbələr endirilib: "Vurulan bazada Ukrayana ərazisinə hücumlar həyata keçirən “Şahed” tipli PUA-lar saxlanılmaqla, onların hücuma hazırlanma prosesi aparılır".

Baş qərargahdan bildirilib ki, ötən gün ölkə ərazisinə atılan Rusiyanın 2 ədəd “İskəndər-M” tipli ballistik raketi, 56 PUA-sı havada vurulub.

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR