Cenində gərginlik: 73 yaşlı fələstinli həyatını itirib

img

03-02-2025 [00:02]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində növbəti əməliyyatı keçirib.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, 13 gün əvvəldən başlayan əməliyyat bölgədə böyük gərginliyə yola açıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, İsrail ordusunun Cenin Qaçqınlar Düşərgəsində əməliyyatı zamanı açdığı atəş nəticəsində 73 yaşlı Vəlid Muhammed Əli Lehluh həlak olub: "O, İsrail snayperlərinin hədəfi olub. Bununla da son 13 gün içində düşərgədə ölənlərin sayı 25-ə çatıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA