"Fənərbağça"nın yeni transferi İstanbula gəlir - 4 illik müqavilə imzalanacaq

img

31-01-2025 [20:49]


“Fənərbağça” Serbiyanın “Srvena Zvezda” komandasında forma geyinən sağ cinah müdafiəçisi Oqnyen Mimoviçlə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq 20 yaşlı müdafiəçi İstanbula gəlir.

Bildirilib ki, gənc futbolçu "Fənərbağça" ilə 4 illik müqavilə imzalayacaq.

Futbolçu transferlə bağlı deyib: "Asan deyil, amma böyük kluba və yeni uğurlara imza atmaq üçün gedirəm".

Xatırladaq ki, “Srvena Zvezda”da 33 matça çıxan müdafiəçisi 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR