Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab matçlarının proqramı açıqlanıb

img

31-01-2025 [11:49]


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinin oyun cədvəli bəlli olub.

Mia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar 27 və 28 fevralda baş tutacaq.

Azərbaycan Kuboku, 1/4 final mərhələsi

27 fevral (cümə axşamı)

16:00. “Qarabağ” – “Səbail”
Tofiq Bəhramov adına Respublika Stadionu

19:30. “Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

28 fevral (cümə)

16:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu

19:30. “Neftçi” – “Kəpəz”
“Neftçi Arena”

Qeyd edək ki, bu raundun ilk matçları 4-5 fevralda olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA