Gürcüstan XİN başçısı: "Bakı və İrəvan arasında normallaşma sülh üçün zəmin yaradacaq" - Mirzoyan isə... (Yenilənib)

img

30-01-2025 [11:03]


"Gürcüstan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında son dərəcə maraqlıdır".

Bunu İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda mətbuat konfransında bəyan edib.

O bildirib ki, bu da şübhəsiz, regionun inkişafına və mövcud potensialdan tam istifadəyə şərait yaradacaq.

***

Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh prosesində irəliləyiş məqsədilə aparılan danışıqlar davam edir.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü zamanı deyib.

O bildirib ki, Ermənistanın mövcud mövqeyi dəyişməzdir:

"Biz sülh gündəliyinə sadiqik və bunu davam etdirəcəyik. Bu, sülh müqaviləsinə, nəqliyyat kommunikasiyalarının açılmasına və sərhədlərin delimitasiyasına aiddir.

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində artıq müəyyən razılaşmalar və addımlar atılıb. Eyni zamanda, Ermənistan və Gürcüstan arasında sərhədlərin delimitasiyası mövzusunda da bizim möhkəm niyyətimiz var və bu prosesi davam etdirməyə hazırıq"(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:05 30.01.2025

AQTA məlumat yayıb