Qazaxıstanın “Kaşağan” yatağında çıxarılan neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınacaq
30-01-2025 [10:08]
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır.
Mia.az SOCAR-a istinadən xəbər verir ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir.
Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub.
2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.
SOCAR və KMG arasında 2022-ci ilin noyabrında imzalanmış saziş ildə 1,5 milyon ton “Tengiz” yatağı neftinin tranzitini nəzərdə tutur. 2024-cü ilin fevralında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş imzalanıb.
Qeyd edək ki, “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
Qeyd edək ki, SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC 2014-cü ilin iyul ayında dövlət qeydiyyatına alınmış və strateji dövlət əhəmiyyətli layihələrdə SOCAR-ın səhmdar hüquqlarını və maraqlarını təmsil edir. “SOCAR Midstream Operations” MMC IPOL (İnteqrə edilmiş planlaşdırma, optimallaşdırma və logistika) seqmetinə daxildir. 2006-cı ilin iyununda istismara verilən BTC Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Səngəçal terminalını Ceyhan terminalına birləşdirir.
BTC vasitəsilə Azərbaycandan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. 2006-cı ildən 2024-cü ilin sentyabr ayının sonunadək BTC boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilmiş və dünya bazarlarına göndərilib. İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənmiş və yola salınıb.
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR