İmişlidə məktəblilərin ölümü: saxlanılanlar var - Qəzaya səbəb olan sürücü də tutulub (VİDEO, FOTO, YENİLƏNİB)
KRİMİNAL
21.01.2025, 09:30
Yanvarın 18-də İmişli rayonu ərazisində Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil məktəbliləri vurub, hadisə nəticəsində iki uşaq ölüb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Onlardan iki nəfər ölüb, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
***
İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində yanvarın 18-də, saat 12:30 radələrində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, sözgedən hadisə barədə İmişli Rayon Prokurorluğuna məlumat daxil olub.
Faktla bağı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisə nəticəsində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdır.
-------
İmişli şəhərindəki ağır-yol nəqliyyat hadisəsi zamanı həyatını itirən və xəsarət alan şagirdlərin hansı məktəbdə oxuduqları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən məktəblilər İmişli rayonu Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olublar.
Hadisə bu gün saat 12:30-da, məktəblilər dərsdən evə gedən zaman baş verib. Qəzada iki nəfər həlak olub, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Zenfira Sevdimalı Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır: "Ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq".
***
İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə yanvarın 19-da bir qrup şəxs həbs edilib.
DİN-in Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub.
İstintaqın obyektiv aparılması üçün qanunamüvafiq tədbirlər görülür.
***
Yanvarın 18-də, İmişli şəhəri ərazisində “Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və “BMW” markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a bildirilib ki, ilkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kobaxidze Keşikçidağla bağlı mövqeyini açıqladı: “Biz Azərbaycan və..."
Bugün, 13:04 SİYASƏT
-
Nazir 290 müəllimi təltif etdi - TAM SİYAHI
Bugün, 12:40 GÜNDƏM
-
Sabaha olan hava proqnozu açıqlanıb
Bugün, 12:36 CƏMİYYƏT
-
Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmurun 12 illik fəaliyyəti yoxlanılır (YENİLƏNİB)
Bugün, 12:03 CƏMİYYƏT
-
Bakıda Gülüstan Sarayında dəbdəbəli toy... - Kutsi də gəldi
Bugün, 11:09 ŞOU-BİZNES
-
Abşeronda yaşayış binasında partlayış: 1 nəfər xəsarət alıb - VİDEO
Bugün, 09:27 CƏMİYYƏT
-
Bakıda tıxaca qarşı daha bir çıxış yolu: gediş-gəlişi asanlaşdırmaq üçün kanat yolu ilə açılacaq - VİDEO
03.10.2026, 23:45 CƏMİYYƏT
-
“Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - VİDEO (Yenilənib)
03.10.2026, 22:06 İDMAN
-
ABŞ-da mülki təyyarə "yox"a çıxıb
03.10.2026, 21:26 DÜNYA
-
Azərbaycanda bu ərazilərə qar yağır
03.10.2026, 18:24 GÜNDƏM
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs tutulub
03.10.2026, 18:03 KRİMİNAL
-
MAAŞLAR NƏ QƏDƏR QALXACAQ və KİMLƏRƏ ŞAMİL OLUNACAQ? - İqtisadçı detalları sadaladı
03.10.2026, 17:19 İQTİSADİYYAT
-
Rektor 4 ay əvvəl təyin etdiyi müşaviri vəzifədən çıxardı
03.10.2026, 16:55 CƏMİYYƏT
-
Azərbaycan və İran XİN başçıları telefonda danışdı - Nələr müzakirə olunub?
03.10.2026, 15:05 SİYASƏT
-
“Yaşıl ölkə”də dörd gün - İlqar Tağıyev səfər qeydlərini yazır
03.10.2026, 14:33 İDMAN
-
“Ferrum Kapital” QSC-də dəyişiklik olub
03.10.2026, 12:53 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
03.10.2026, 12:44 GÜNDƏM
-
Prezident İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı..."
03.10.2026, 12:07 GÜNDƏM
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTOLAR
03.10.2026, 11:00 GÜNDƏM
-
Bakıda ərzaq satışı köşkündə 58 yaşlı kişi yanaraq ölüb
03.10.2026, 10:27 CƏMİYYƏT
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib - SƏRƏNCAM
03.10.2026, 10:06 GÜNDƏM
-
XİN: "Ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri..."
03.10.2026, 09:46 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşdı
03.10.2026, 09:08 İQTİSADİYYAT
-
Millətlər Liqası: 10 oyun oldu, hansı komandalar qalib gəldi? - Türkiyə yenə uduzdu
03.10.2026, 00:46 İDMAN
-
Türkiyədə televiziya kanalı bağlanıb
03.10.2026, 00:03 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03.10.2026, 00:00 CƏMİYYƏT
-
Türkiyə futbolunda ard-arda baş verən qalmaqallı həbslər... - UEFA hərəkətlənib
02.10.2026, 23:44 İDMAN
-
Türkiyəli məşhur aktyorun saatı gündəm oldu - FOTO
02.10.2026, 23:37 ŞOU-BİZNES
-
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı - VİDEO
02.10.2026, 23:31 GÜNDƏM
-
TFF Okan Buruka 1, Uqoçukvuya isə 2 oyunluq cəzanı təsdiqlədi
02.10.2026, 20:12 İDMAN
-
Mərkəzi Hakimlər Komitəsinin sədrinin səs yazısı yayıldı
02.10.2026, 19:53 İDMAN
-
"Beşiktaş" "Kocaelispor" matçına hazırlaşır
02.10.2026, 19:42 İDMAN
-
"Olimpik Marsel" gənc oyunçusunun müqaviləsini uzadıb
02.10.2026, 19:24 İDMAN
-
Ferran Torres İspaniya millisindən çıxarılıb
02.10.2026, 18:52 İDMAN