"Beşiktaş" “Mançester Yunayted”in sabiq baş məşqçisi ilə anlaşdı: "İşə başlamağı səbirsizliklə gözləyirəm"

img

17-01-2025 [15:58]


"Beşiktaş" klubu yeni Baş məşqçi ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu “Mançester Yunayted”in sabiq baş məşqçisi, hazırda UEFA-da matç analitiki kimi çalışan 51 yaşlı Ole Qunnar Solskjaerlə 1.5 il müddətinə müqavilə imzalayıb.

Türkiyə mətbuatı yazır ki, artıq İstanbula gəlib.

O, İstanbulda ilk açıqlamasında deyib: "Çox məmnunam. Möhtəşəm klub üçün burada olmaq əla hisdir. İşə başlamağı səbirsizliklə gözləyirəm. Bu möhtəşəm şəhərdə olmaq çox gözəldir".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA