Rusiya döyüş təyyarələri Polşa ərazisinə girdi - NATO dərhal iki F-35- havaya qaldırdı

img

16-01-2025 [23:10]


Bu gün Rusiya döyüş təyyarələri Polşa ərazisinə girib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olmasından sonra NATO ölkədə yerləşdirilən iki Norveç F-35 qırıcısının havaya qaldırıb.

NATO Müttəfiq Hava Komandanlığından (AIRCOM) bildirib ki, hadisə yanvarın 15-də baş verib və həmin günü çoxlu sayda Rusiya döyüş təyyarəsi Polşa hava məkanına daxil olub: "Buna cavab olaraq Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxaraq müttəfiqlərin NATO-nun şərq cinahına bağlılığını nümayiş etdirib".

Xəbərdə deyilir ki, bundan sonra Rusiya təyyarələri geri çəkilməyə məcbur olub.
 
Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR