CEYHUN BAYRAMOVUN QARDAŞI NAZİR ƏVƏZİ OLDU

img

13-01-2025 [11:00]


Baş nazirin müavini təyin olunan Samir Şərifovdan boşalan maliyyə naziri vəzifəsinin səlahiyyətlərini icra edən şəxs məlum olub.

Mia.az xəbər verir ki, hazırda nazirin vəzifələrini nazir müavini Azər Bayramov yerinə yetirir.

O, 2004-cü ildən nazir müavini postunda çalışır.

A.Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, maliyyə nazirinin bir birinci müavini və üç müavini var. Hazırda isə maliyyə nazirinin birinci müavin və digər iki müavin vəzifəsi boşdur.

Yanvarın 10-da maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. O, 2006-cı ildən bu vəzifədə çalışırdı(Teleqraf)

img

Digər xəbərlər
SON XƏBƏRLƏR