Xorvatiya prezidentini seçdi - 77 faiz səslə

img

13-01-2025 [00:05]


Bu gün Xorvatiyada keçrilən prezident seçkilərinin ikinci turunun qalibi bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Exit-poll" nəticələrinə görə, seçkilərdən Sosial Demokrat Partiyasının dəstəklədiyi hazırkı prezident Zoran Milanoviç üstün ayrılıb.

Məlumata görə, 77 faizdən çox səslə ikinci müddətə prezident seçilib.

Yeni prezident artıq  qələbəsini elan edib və xalqa təşəkkür edib.

Yeri gəlmişkən, onun rəqibi olan Xorvatiya Demokratik İttifaqından olan keçmiş təhsil naziri Draqan Primorac 22 faiz səs toplayıb.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA