Məhəmməd Məhərrəmov YAP-ın məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

img

08-01-2025 [16:03]


Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyasına (MSK) təyin etdiyi məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.

Mia.az xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında məlumat verilib.

Komissiyanın katibi Arifə Muxtarovanın təqdimatına əsasən Məhəmməd Yusif oğlu Məhərrəmov partiyanın MSK-ya məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilib.

Qərar səsverməyə qoyularaq qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA