18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək

img

07-01-2025 [18:02]


Yanvarın 9-12-si aralığında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək.

Mia.az ACF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 800-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları yanvarın 9-11-də, komanda yarışları isə 12-də baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA