İordan çayının qərb sahilində gərginlik - Daha iki fələstinli həlak olub

img

07-01-2025 [10:45]


İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində Tubas və Nablus şəhərlərinə basqınları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlama verib.

Bildirilib ki, Tubasın Tamun qəsəbəsinə hücumda 18 yaşlı, Nablusun Bazan qəsəbəsində isə baş verən toqquşmada 40 yaşlı qadın həyatını itirib: "İsrail qüvvələri buldozerlərlə bölgədəki bir çox infrastrukturları da yerlə-yeksan edib. Nəticədə İsrail qüvvələri ilə ərazidə yaşayan sakinlər arasında dava böyüyüb".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA