Hakan Fidan Blinkenlə telefonda danışdı - Suriya və PKK ilə bağlı müzakirə aparılıb

img

28-12-2024 [19:16]


Bu gün Türkiyə Xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, tərəflər əsasən Suriyadakı mövcud vəziyyət ətrafında müzakirə aparıblar: "Nazir Hakan Fidan Suriyada sabitliyin təmini və keçid dövrünün rahat, qansız və nizamlı şəkildə başa çatdırılması üçün Suriyanın yeni administrasiyası ilə hər kəsin əməkdaşlıqda maraqlı olmasının vacibliyini önə çəkib. Bundan başqa, Hakan Fidan PKK/YPG terror təşkilatının Suriyadakı mövcudluğuna artıq səbr göstərməyin mümkünsüzlüyünü bir daha təkrarlayıb".

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR